Xəbər Lenti
RAMAZAN BAYRAMINIZ MÜBARƏK
23-05-2020, 14:38

RAMAZAN BAYRAMINIZ MÜBARƏK

Prezident xalqı təbrik etdi
23-05-2020, 13:11

Prezident xalqı təbrik etdi

Məşhur şirkət iflas etdi
23-05-2020, 11:39

Məşhur şirkət iflas etdi

TƏBRİK EDİRİK!!!
22-05-2020, 15:04

TƏBRİK EDİRİK!!!

Sabah 36 dərəcə isti olacaq
21-05-2020, 13:55

Sabah 36 dərəcə isti olacaq

18 may 13:37Gündəm / Sosial

Hacı Surxayı Qədr gecəsində minlərlə adam izlədi

Ölkəmizdə hazırda mövcud koronavirus pandemiyasına görə məscidlər bağlı olduğu üçün insanlarla dini görüş və söhbətlər "online" qaydada aparılır. 
Merhemetciragi.Az  "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu tələbi nəzərə alaraq azərbaycanlı ilahiyyatçı-din xadimi, ilahiyyat elmləri doktoru, İçərişəhər "Cümə" məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay Məmmədli sosial şəbəkələrdə hər üç Qədr gecəsində canlı yayım edib.
Canlı yayım Hacı Surxay Məmmədlinin şəxsi İnstaqramFacebook səhifələrindən yayımlanıb. Aparılan söhbətin əyani nümunəsini izləyicilər daha sonra "YouTube" səhifəsində də izləyib. 
Qeyd edək ki, Hacı Surxay Məmmədlinin söhbətlərini dinləmək üçün sonuncu qədr gecəsində din xadiminin İnstaqram səhifəsində 11 min, "Facebook" da isə 3500-ə yaxın izləyici canlı yayıma qoşulub. Youtube kanalından 5 minə yaxın izləyici isə həmin söhbətlərin videoqeydə alınmış variantını təkrar izləmək şansına malikdir.
Bildirək ki, Ramazan ayında ilahiyyatçı- din xadimi Hacı Surxay Məmmədli həmçinin hər gün iftar vaxtı 19:30- dan iftara qədər "Ramazan işığında" rubrikası ilə tamaşaçıların qarşısında olur. Söhbət yenə də həmin qaydada, yəni canlı yayımla həm İnstaqram, həm "Facebook" səhifəsindən edilir. Hər axşam izləyicilər iftar vaxtını rubrikanı təşkil edən komanda və onu aparan din xadimi Hacı Surxay Məmmədli ilə birgə açır.