Xəbər Lenti
Neft 36 dollardan satılır
26-05-2020, 11:58

Neft 36 dollardan satılır

Neftin qiyməti bahalaşır
25-05-2020, 12:01

Neftin qiyməti bahalaşır

Faktiki hava açıqlandı
25-05-2020, 11:25

Faktiki hava açıqlandı

RAMAZAN BAYRAMINIZ MÜBARƏK
23-05-2020, 14:38

RAMAZAN BAYRAMINIZ MÜBARƏK

Prezident xalqı təbrik etdi
23-05-2020, 13:11

Prezident xalqı təbrik etdi

Məşhur şirkət iflas etdi
23-05-2020, 11:39

Məşhur şirkət iflas etdi

18 may 13:32Gündəm / Dünya

Qazaxıstanda koronavirus peyvəndinin ilkin sınaqlarına başlanıldı

Qazaxıstanlı alimlər tərəfindən yaradılan COVID-19 əleyhinə peyvəndin ilkin sınaqlarına başlanılıb.
 Bu barədə Qazaxıstanın Elm və Təhsil Nazirliyinin mətbuat xidməti açıqlama verib: “Qazaxıstan alimlərinin yaratdığı peyvənd Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən preklinik tədqiqatlara icazə verilən COVID-19 əleyhinə peyvənd namizədlərinin siyahısına əlavə edilib. Sözügedən inaktiv peyvənd Təhsil və Elm Nazirliyi Elm Komitəsinin Bioloji Təhlükəsizlik üzrə Elmi Araşdırma İnstitutunun işçiləri tərəfindən hazırlanıb. Peyvənd Qazaxıstanda müalicə alan xəstələrdən götürülən bir virus ştammına əsaslanaraq hazırlanıb”.
Bildirilib ki, növbəti mərhələdə institutun alimləri bir sıra preklinik və klinik sınaqlar keçirməlidirlər. “Beləliklə, Qazaxıstan rəsmi olaraq COVID-19 əleyhinə peyvənd istehsalçılarından birinə çevrildi”, - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, Qazaxıstanda bu günə qədər 6440 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb, onlardan 34-ü xəstəlik səbəbindən həyatını itirib.

“Qafqazinfo”