Xəbər Lenti
47 yaşlı kişi bıçaqlandı
29-05-2020, 12:43

47 yaşlı kişi bıçaqlandı

Lənkəranda zəlzələ oldu
27-05-2020, 12:09

Lənkəranda zəlzələ oldu

Neft 36 dollardan satılır
26-05-2020, 11:58

Neft 36 dollardan satılır

16 may 12:53Gündəm / Bölgə

Bərdədə heyvanlara örüş istəyən 14 nəfər saxlanıldı

Bu gün - mayın 16-da Bərdə rayonunun Qaradırnaq kəndində heyvanlarını otarmaq üçün onlara örüş sahəsinin ayrılmasını tələb edən bir qrup sakin saxlanılıb.
Merhemetciragi.Az “Qafqazinfo” ya istinadən xəbər verir ki, bununla əlaqədar kəndə gələn Rayon Polis Şöbəsinin rəhbərliyi izahedici söhbətlər aparsa da onlar öz hərəkətlərini davam etdirib, hətta kəndin digər sakinlərinə məxsus pay torpaqlarının onlara örüş sahəsi kimi verilməsini də tələb ediblər. 
Onların bu hüquqazidd əməllərinin qarşısının alınması üçün hadisə yerinə polis əməkdaşları cəlb edilib. Asayiş keşikçilərinin dəfələrlə etdiyi xəbərdarlığa məhəl qoymayan qrup üzvləri polisə qarşı müqavimət göstəriblər. Onların hərəkətlərinin qarşısı alınıb, ictimai asayiş tam bərpa edilib. Polisin qanuni tələblərinə riayət etməyən və müqavimət göstərən 14 nəfər saxlanılaraq Polis Şöbəsinə gətirilib. Aparılan araşdırmaların nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcəkdir.