Xəbər Lenti
47 yaşlı kişi bıçaqlandı
29-05-2020, 12:43

47 yaşlı kişi bıçaqlandı

Lənkəranda zəlzələ oldu
27-05-2020, 12:09

Lənkəranda zəlzələ oldu

Neft 36 dollardan satılır
26-05-2020, 11:58

Neft 36 dollardan satılır

21 may 11:41Gündəm / Siyasət

Kamran Əliyev iki rayona yeni prokuror təyin etdi

Baş prokuror Kamran Əliyev kadr təyinatı ilə bağlı yeni əmr imzalayıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov özünün Feysbuk hesabında məlumat paylaşaraq qeyd edib ki, Kamran Əliyevin imzaladığı əmrlərlə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Babayev Əli İbrahim oğlu tutduğu vəzifədən azad olunaraq Gədəbəy rayon prokuroru, bunadək Samux  rayon prokuroru vəzifəsini icra edən Hacıyev Mayıl Mehman oğlu isə həmin rayona prokuror təyin ediliblər.