Xəbər Lenti
47 yaşlı kişi bıçaqlandı
29-05-2020, 12:43

47 yaşlı kişi bıçaqlandı

Lənkəranda zəlzələ oldu
27-05-2020, 12:09

Lənkəranda zəlzələ oldu

Neft 36 dollardan satılır
26-05-2020, 11:58

Neft 36 dollardan satılır

17 may 12:24Gündəm / Kriminal

Bakıda bu görüntüləri yayılan şəxslər həbs edildi


Paytaxtın Səbail rayonu, Niyazi küçəsində nəqliyyat vasitələrində sərnişinlərin intizamsız davranışlarıyla bağlı sosial şəbəkələrdə yayılan videogörüntülər Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) araşdırılıb.
Bu barədə "Qafqazinfo"ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Müəyyən olunub ki, həmin nəqliyyat vasitələrindən biri “Mercedes” markalı avtomobilin sürücüsü, paytaxt sakini Mahir Hüseynov, sənişinləri isə Rza Məcidov və Ziliş Cəfərov olub.
Digər nəqliyyat vasitəsi - “Kia” markalı avtomobilin sürücüsü Mingəçevir şəhər sakini Ceyhun Musayev olması müəyyən edilib.
Həmin şəxslər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə gətirilərək barələrində İXM-in 510 və 511-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilib. Sabail Rayon məhkəməsinin qərarı ilə M.Hüseynov və C.Musayev 30 gün, Z.Cəfərov və R.Məcidov hər biri 10 gün müddətinə həbs inzibati tənbeh növü tətbiq edilib.