Xəbər Lenti
RAMAZAN BAYRAMINIZ MÜBARƏK
23-05-2020, 14:38

RAMAZAN BAYRAMINIZ MÜBARƏK

Prezident xalqı təbrik etdi
23-05-2020, 13:11

Prezident xalqı təbrik etdi

Məşhur şirkət iflas etdi
23-05-2020, 11:39

Məşhur şirkət iflas etdi

TƏBRİK EDİRİK!!!
22-05-2020, 15:04

TƏBRİK EDİRİK!!!

Sabah 36 dərəcə isti olacaq
21-05-2020, 13:55

Sabah 36 dərəcə isti olacaq

20 apr 12:35Gündəm / Sosial

Azərbaycanda daha 25 nəfərdə koronavirus aşkarlandı - 1 nəfər öldü, 122-si sağaldı

Azərbaycan Respublikasında 25 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 122 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, ürəyin işemik xəstəliyi,  arterial hipertenziya, postinfarkt kardiosklerozu olan 1940-cı il təvəllüdlü vətəndaş vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 1398 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 712 nəfər müalicə olunaraq sağalıb, 19 nəfər vəfat edib, 667 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 19 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 95.747 test aparılıb.
Fərid Səfərov