Xəbər Lenti
RAMAZAN BAYRAMINIZ MÜBARƏK
23-05-2020, 14:38

RAMAZAN BAYRAMINIZ MÜBARƏK

Prezident xalqı təbrik etdi
23-05-2020, 13:11

Prezident xalqı təbrik etdi

Məşhur şirkət iflas etdi
23-05-2020, 11:39

Məşhur şirkət iflas etdi

TƏBRİK EDİRİK!!!
22-05-2020, 15:04

TƏBRİK EDİRİK!!!

Sabah 36 dərəcə isti olacaq
21-05-2020, 13:55

Sabah 36 dərəcə isti olacaq

20 apr 12:30Gündəm / Dünya

Viruslar bu soyuducularda saxlanılırmış - Çinlə bağlı yeni iddia

Koronavirus da daxil olmaqla 1500 müxtəlif virusun Uhan Virologiya İnstitutuna aid bir soyuducuda qorunub saxlanıldığını göstərən görüntülər yayımlanıb.
"Merhemetciragi" "Sabah" qəzetinə istinadən xəbər verir ki, sözügedən görüntülərin 2018-ci ildə Çin Xəbər Agentliyi tərəfindən Twitter-də paylaşıldığı, daha sonra isə silindiyi bildirilib. Yeni tip koronavirusun Uhan Şəhərindəki Virologiya İnstitutunda yaradıldığı yönündə şaiələrin gücləndiyi ərəfədə bu görüntülər şübhələri daha da artırıb.
Görüntülərdə virusların saxlanıdığı bir soyuducunun bir qapısının nasaz olması da diqqətdən yayınmayıb. Həmçinin qeyd olunub ki, laboratoriya hazırda epidemiyanın mənşəyi hesab edilən və vəhşi heyvanların alınıb satıldığı bazardan bir neçə kilometrlik məsafədə yerləşir.

ABŞ-ın "CNN" telekanalında verilən açıqlamaya görə, ABŞ kəşfiyyatı dünyada yüz minlərlə insanın ölümünə səbəb olan yeni tip koronavirusun Uhanda bir virusologiya laboratoriyasından yayılması barədə iddiaları araşdırdığını bildirilib.
"Washington Post" qəzetinin verdiyi məlumata görə, 2018-ci ilin yanvar ayında Uhan Virusologiya İnstitutunu ziyarət edən iki səfirlik işçisi tərəfindən Xarici İşlər Nazirliyinə verilən xəbərdarlıqda laboratoriyanın təhlükəsizlik tədbirlərinin yetərli olmadığı və burada görülən işlərin SARS kimi yeni bir epidemiyanın başlamasına səbəb ola biləcəyi bildirilib. 

Çinin Xarici İşlər nazirliyinin sözçüsü Zhao Lijian isə sözügedən iddiaları təkzib edib və bu iddiaların heç bir elmi əsasının olmadığını vurğulayıb. Koronavirusun mənbəyi və yayılmasının elmi mövzu olduğunu bildirən edən Zhao Lijian, bu məsələnin elm adamları və səhiyyə işçiləri tərəfindən araşdırılmalı olduğunu qeyd edib.