Xəbər Lenti
RAMAZAN BAYRAMINIZ MÜBARƏK
23-05-2020, 14:38

RAMAZAN BAYRAMINIZ MÜBARƏK

Prezident xalqı təbrik etdi
23-05-2020, 13:11

Prezident xalqı təbrik etdi

Məşhur şirkət iflas etdi
23-05-2020, 11:39

Məşhur şirkət iflas etdi

TƏBRİK EDİRİK!!!
22-05-2020, 15:04

TƏBRİK EDİRİK!!!

Sabah 36 dərəcə isti olacaq
21-05-2020, 13:55

Sabah 36 dərəcə isti olacaq

30 avq 09:04Gündəm / Sosial

Azərbaycanda bu qədər vakant müəllim yeri var

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən, 3000-ə qədər müəllim daimi əsaslarla işə qəbul edilib.
Merhemetciragi.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə məlumat verib.
O bildirib ki, 2019-cu ildə 41 mindən artıq namizəd müəllimlərin işə qəbulu üzrə test imtahanlarında iştirak edib. Müsabiqənin müsahibə mərhələsində iştirak üçün 3728 namizəd çağırılıb:
"Həmin namizədlərin 3180-i müsahibə prosesinə buraxılıb. Müsahibənin nəticələri dünən iştirakçıların şəxsi səhifələrinə göndərilib. Elan edilmiş nəticələrə əsasən, 3000-ə qədər namizəd müsahibədən uğurla keçib.
Müsahibə mərhələsində heç bir ciddi dəyişiklik yoxdur, sadəcə, məkan dəyişikliyi olacaq. Belə ki, müsahibələr Texniki Universitetin idman zalında yox, namizədlərin şəxsi səhifələrinə göndərəcəyimiz orta ümumtəhsil məktəblərində keçiriləcək".
M.Camalzadə bu il müsabiqəyə 7310 vakant yerin çıxarıldığını bildirib:
"Çalışmışıq ki, bütün regionlar üzrə vakant yerlər olsun".