Xəbər Lenti
Xoruz adam öldürdü
19-01-2020, 07:24

Xoruz adam öldürdü

Süpürgəçini maşın vurdu
19-01-2020, 07:21

Süpürgəçini maşın vurdu

16 yan 08:13Gündəm / Şou

Orbakaytenin eks-əri 18 yaşlı modellə evləndi

Rusiyanın ən zəngin biznesmenlərindən biri, Rusiyanın Əməkdar artisti, müğənni Kristina Orbakayetinin keçmiş həyat yoldaşı Ruslan Baysarov Yeni il ərəfəsində növbəti dəfə evlənib. Merhemetciragi.Az “Qafqazinfo”ya istinadən məıumatına görə, o, Çeçenistanın Şali kəndindən olan 18 yaşlı model Alamatla ailə həyatı qurub.
“StarHit” yazır ki, toy dekabrın 30-da baş tutub, digər təfərrüatlar barədə məlumat verilmir. O, Baysarovun rəsmi nikahlı üçüncü həyat yoldaşı olub. Biznesmen, həmçinin digər qadınlarla da münasibətdə olub və onlardan övladları var.
Baysarov hələ altı uşaq atasıdır: iki qız (Kamilla, Dali) və dörd oğul (Alla Puqaçovanın nəvəsi Deni, eləcə də Elman, Amin və Əmir).
Baysarov və Orbakaytenin oğlu Deninin artıq 21 yaşı var. O, Londonda təhsil alır.   

Deni, Ruslan Baysarov və Kristina Orbakayte