Xəbər Lenti
Hacı Əbdül vəfat etdi
6-04-2020, 11:35

Hacı Əbdül vəfat etdi

18 mar 07:39Gündəm / Sosial

“Koronavirus 37 dərəcədə 15 dəqiqəyə tələf olur”

“Koronavirus təqribən 8-10 saata kimi əşyaların üzərində qalır”. 
Merhemetciragi.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri Nazirlər Kabinetinin yanında Operativ Qərargahın üzvü, baş infeksionist Cəlal İsayev ötən gün İctimai Televiziyada yayımlanan “Diqqət Mərkəzi” verilişində deyib. İnfeksionistin sözlərinə görə, kiminsə əşyasına toxunduqdan sonra, metro və digər ictimai nəqliyyat vasitələrindən istifadə etdikdən sonra insanlar əllərini üzünə, gözlərinə, ağız və burnuna yaxınlaşdırmamalıdır:
“Bu halda yoluxma ehtimalı olur. Belə təmas olduğu təqdirdə mümkün qədər əlləri sabunla yumaq, mümkün olmadığı təqdirdə 70%-lik spirtlə silmək məqsədəuyğundur. Gigiyenik qaydalara riayət etdikdə viruslar tələf olar, yoluxma halları qat-qat aşağı düşər. 
Koronavirus davamsız viruslara aiddir, xarici mühit təsirlərindən tez tələf olurlar. O cümlədən, istinin təsirinə dözümsüzdürlər. 37 dərəcə istilikdə 15 dəqiqəyə tələf olur. Həmçinin dezinfeksiyaedici məhsullara qarşı da dözümsüzdürlər, məhv olurlar” - deyə, o bildirib. 
C. İsayev qeyd edib ki, insanların çox toplaşdığı ərazilərdən qaçmaq lazımdır: 
“Çalışmaq lazımdır ki, əsasən evdə bişmiş məhsullardan istifadə edək. Paketlənmiş məhsulları dezinfeksiya etməyə ehtiyac yoxdur. Termik işləm tələb edən məhsulları yaxşı qızdırmaq, bişirib yemək lazımdır. Evə girdikdən sonra üst geyimlərini dezinfeksiya etməyə ehtiyac yoxdur. Ev temperaturunda virus uzun müddət qala bilmir, tələf olur”.
Cəlal İsayevin dünən verdiyi açıqlamaya əsasən, ölkə daxilindəvirusa  yoluxma faktı qeydə alınmayıb:
“Ölkəmizdə təsadüf olunan koronavirus infeksiyalarının hamısı xaricdən gətirilmədir. Hələ ki, ölkə daxilində insanların bir-birini yoluxdurma halı müşahidə olunmayıb. Bu da gördüyümüz tədbirlərin nəticəsi olaraq ortaya çıxıb”.
Qeyd edək ki, bu gün də Azərbaycanda koronavirusa 3 yoluxma halı qeydə alınıb. Bununla ümumi say 21-ə çatıb.