Xəbər Lenti
24 fev 08:02Gündəm / Sosial

“Yeraltı təkanlar davam edəcək” - RSXM

“Bugünkü güclü təkanlardan sonra proses zəlzələ ocağı sönənə qədər davam edəcək”.
Merhemetciragi.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki,  bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı deyib:
“Bir az əvvəl Türkiyə-İran sərhədində daha güclü bir zəlzələ (5,9 Ml) baş verib. Güclü zəlzələdir və Naxçıvan MR-də zəlzələ (4-3 bal) hiss olunub. Bu gün həmin ərazidə baş verən birinci zəlzələ də güclü idi (5,8 Ml).
Birinci zəlzələnin fəsadları ilə bağlı artıq hər iki ölkədən məlumatlar var.
Məlumat üçün deyim ki, zəlzələnin baş verdiyi ərazi seysmik bölgədir və həmin ərazidə əvvəllər də belə zəlzələlər baş verib. Bugünkü güclü təkanlardan sonra yəqin ki, orada prosesin zəlzələ ocağı sönənə qədər davam edəcəyi istisna deyil”.