Xəbər Lenti
QAN YADDAŞIMIZ
Dün, 18:11

QAN YADDAŞIMIZ

AFFA bəyanat yaydı
21-02-2020, 13:34

AFFA bəyanat yaydı

BDU-da yeni təyinat
17-02-2020, 12:12

BDU-da yeni təyinat

Rafael Ağayev finalda
16-02-2020, 07:39

Rafael Ağayev finalda

13 fev 07:50Gündəm / Sosial

“Bədənimə şiş basandan sonra 3 gecə yata bilmədim” - Video

Tərtərdə ananın azyaşlı oğlunu şişlə dağlaması haqda xəbərin təfərrüatı məlum olub. 
Merhemetciragi.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 9 yaşlı T. Dünyamalızadənin anası, Azad Qaraqoyunlu kənd sakini Könül Dünyamalıyeva hazırda boşanmaq üzrə olduğunu və uşağın atasının aliment ödəməməsi üçün ona şər atdığını bildirib:
“2010-ci ildə Laçın rayonundan məcburi köçkün Rafiq Dünyamalıyevlə ailə həyatı qurmuşuq. Bu izdivacdan biri oğlan, biri qız olmaqla iki övladımız var. Rəsmi olaraq ayrılmasaq da, bir ildən çoxdur ki, həyat yoldaşımdan ayrı yaşayırıq. 5 yaşlı qızımız mənimlə, 9 yaşlı oğlumuz atası ilə birgə qalır. Boşanmaq üçün Tərtər Rayon Məhkəməsində müraciət etmişik. Hazırda işə rayon məhkəməsində baxılır. Yayılan xəbərlər tamamilə əsassızdır və uşağın atasının rəsmi olaraq boşandıqdan sonra aliment ödəməməsi üçün uydurmalarıdır”.
Uşağının üstündəki izləri göstərən ata Rafiq Dünyamalıyev uşağının dəfələrlə döyüldüyünü qeyd edib: “Bu yazığın nə günahı var? Belinə ağacla vurublar. Sizdən qabaq mənə hədə-qorxu gəlirdilər. 9 yaşı var, hələ sünnət olunmayıb”.
Azyaşlı isə açıqlamasında anası ilə yanaşı, həm də nənə və dayısının da onu döydüyünü söyləyib: “Ondan (anasından) kotlet istədim, mənə dedi ki, həyətdən peyin daşıyım, bişirəcək. Biz dalaşdıq və o da dayımla mənə şiş basdı. 3 gecə yata bilmədim, maz da vurmadı. Sonra atama zəng vurdum ki, gəlib məni aparsın. Pol ağacı, dəmirlə məni döyürdülər, başıma vururdular. Hər üçü (anası, nənəsi, dayısı) məni döyüb”.
Uşağın nənəsi Kamilə Quliyeva da onlara qarşı şər atıldığını bildirib: “Rafiq məhkəmədə də demişdi ki, həbs olunsa belə aliment verməyəcək. Uşağı bizdən almaq istəyir”.
Xatırladaq ki, 2011-ci il təvəllüdlü T. Dünyamalızadənin atası polisə müraciət edərək oğlunun bud, çanaq, qol və əl nahiyələrindən qızmar şiş ilə dağlandığını bildirib.
Faktla bağlı Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı işgəncə vermə) maddəsiylə cinayət işi başlanılıb, istintaq davam etdirilir.