Xəbər Lenti
QAN YADDAŞIMIZ
Dün, 18:11

QAN YADDAŞIMIZ

AFFA bəyanat yaydı
21-02-2020, 13:34

AFFA bəyanat yaydı

BDU-da yeni təyinat
17-02-2020, 12:12

BDU-da yeni təyinat

Rafael Ağayev finalda
16-02-2020, 07:39

Rafael Ağayev finalda

13 fev 07:21Gündəm / Sosial

Azərbaycanda 18 min manat pensiya alan var

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəyli şəxsi feysbuk hesabında pensiya sistemi ilə bağlı statistik məlumatları paylaşıb.
Merhemetciragi.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, qurum rəsmisi pensiyanın 3 halda təyin olunduğunu bildirib:
1. Şəxs pensiya yaşına çatdıqda -yaşa görə pensiya
2. Şəxs əmək qabiliyyətini itirdikdə - əlilliyə görə pensiya
3. Şəxs vəfat etdikdə - Ailə başçısını itirməyə görə pensiya
Müşavir ümumi pensiyaçıların sayının 1,280,000 milyon nəfər olduğunu bildirib. Bu isə ölkə əhalisinin 13%-ini təşkil edir:
1. Yaşa görə pensiyaçılar - 750,000 (pensiyaçıların 60%-i)
2. Əlilliyi görə pensiyaçılar - 380,000 (pensiyaçıların 30%-i)
3. ABİ-yə görə pensiyaçılar - 150,000 (pensiyaçıların 10%-i)
Pensiya məbləğləri:
1. Minimum pensiya məbləği - 200 manat
2. Orta pensiya məbləği - 300 manat
3. Maksimum pensya məbləği - 18,208 manat
Pensiya artımı üzrə indeksasiya:
1. 2017-ci il üzrə - 5.7% artım
2. 2018-ci il üzrə - 3% artım
3. 2019-cu il üzrə - 16.6% artım
Mustafa Abbasbəyli bildirib ki, pensiya heç də həmişə 200 manat olmur. Hal-hazırda aylıq 18,208 manat pensiya alan şəxs var.