Xəbər Lenti
QAN YADDAŞIMIZ
Dün, 18:11

QAN YADDAŞIMIZ

AFFA bəyanat yaydı
21-02-2020, 13:34

AFFA bəyanat yaydı

BDU-da yeni təyinat
17-02-2020, 12:12

BDU-da yeni təyinat

Rafael Ağayev finalda
16-02-2020, 07:39

Rafael Ağayev finalda

12 fev 07:42Gündəm / Sosial

Məktəbli formaları ilə bağlı müzakirələr keçirildi

Fevralın 10-da Təhsil Nazirliyi yanında İctimai Şurada ümumi təhsil müəssisələrində məktəbli formasının tətbiqinə dair müzakirələr keçirilib. 
Merhemetciragi.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, görüşdə Təhsil nazirinin müavinləri Məhəbbət Vəliyeva, İdris İsayev, Təhsil nazirinin müşaviri Elnur Məmmədov, nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu, nazirlik yanında İctimai Şuranın üzvləri, istehsalçı şirkətlərin mütəxəssisləri və KİV nümayəndələri iştirak ediblər.
Görüşdə məktəbli formasının tətbiqi mövzusunun ictimai müzakirəsinin  vacibliyi bildirilib. Təhsil Nazirliyi tərəfindən bu məsələyə ciddi yanaşıldığı, məktəbli formasının tətbiqi ilə bağlı nazirlik tərəfindən geniş müzakirələr aparıldığı qeyd edilib.
Həmçinin ictimai rəyə çıxarılan vahid məktəbli formalarının  təsvirləri ilə bağlı ən çox səsləndirilən təkliflər müzakirə edilib.
Daha sonra mütəxəssislər məktəbli formalarının tətbiqinə dair mövcud standartlar və keyfiyyət məsələləri ilə bağlı öz fikirlərini səsləndiriblər.
Tədbirdə  məktəbli formalarının hazırlanması üzrə təkliflər paketinin  işlənib hazırlanması, optimal variantın müəyyənləşdirilərək Şuraya təqdim olunması  təklif olunub.