Xəbər Lenti
QAN YADDAŞIMIZ
22-02-2020, 18:11

QAN YADDAŞIMIZ

Şahmatçımız ikinci oldu
22-02-2020, 10:22

Şahmatçımız ikinci oldu

AFFA bəyanat yaydı
21-02-2020, 13:34

AFFA bəyanat yaydı

09 fev 07:28Gündəm / Sosial

Pensiyalar artımlarla birgə ödənildi - Rəsmi

Bakı, Sumqayıt və Abşeron qeydiyyatında olan bütün pensiyaçılara pensiyalar artımlarla birgə ödənilib.
Merhemetciragi.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.
“Vətəndaşlar artıq pensiyalarını ala bilərlər. Pensiyalar yanvar ayının artımı da əlavə olunmaqla ödənilib. Digər şəhər və rayonlar üzrə pensiyalar, hər ay olduğu kimi qrafikə uyğun olaraq ödənəcək”.
Xatırladaq ki, Prezident İlham Əliyevin 6 fevral 2020-ci il tarixli Sərəncamı ilə 2020-ci ilin 1 yanvar tarixinə 2019-cu il üzrə Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək 16,6 faiz artırılıb.