Xəbər Lenti
47 yaşlı kişi bıçaqlandı
29-05-2020, 12:43

47 yaşlı kişi bıçaqlandı

Lənkəranda zəlzələ oldu
27-05-2020, 12:09

Lənkəranda zəlzələ oldu

Neft 36 dollardan satılır
26-05-2020, 11:58

Neft 36 dollardan satılır

03 fev 08:22Gündəm / Sosial

“Təxliyyə olunanların analiz nəticələri sabah açıqlanacaq”

Türkiyənin Səhiyyə naziri Fahrettin Koca mətbuat konfransı keçirib.
Merhemetciragi.Az “Qafqazinfo” ya istinadən xəbər verir ki, koronavirus təhlükəsi səbəbindən Uhandan Ankaraya təxliyyə olunan insanların səhhətindən danışan nazir onların heç birində koronavirus əlamətinə rast gəlinmədiyini bildirib:
“Çində virusa yoluxanların sayı 14 min 628 nəfərdir. Dünən uğurlu bir əməliyyat keçirdik. Təxliyyə olunan vətəndaşların heç birində xəstəliyin əlamətlərinə rast gəlinmədi. Əslində təxliyyə olunanların hamısı Çində təcrid edilmiş formada olublar. 14 gün sonra normal həyatlarına qayıdacaqlar. Təyyarədəki hər kəs xəstəxanamızda nəzarətdədir. Ayrı-ayrı otaqlardadırlar və birdəfəlik istifadə üçün nəzərdə tutulmuş tibbi vasitələrdən istifadə olunur. Hətta 14 günlük karantin müddətini qısalda bilərik. Sabah isə analizlərin nəticələrini açıqlayacağıq”.
Qeyd edək ki, Çinin Uhan şəhərindən Türkiyəyə təxliyyə edilənlər arasında 6 nəfər Azərbaycan vətəndaşı da var.