Xəbər Lenti
Atəşkəs 24 dəfə pozuldu
11-11-2019, 10:55

Atəşkəs 24 dəfə pozuldu

TƏBRİK EDİRİK!!!
11-11-2019, 09:09

TƏBRİK EDİRİK!!!

04 noy 08:18Gündəm / Sosial

“Oqtay Gülalıyev 2-ci dərəcəli koma vəziyyətindədir” - Həkimi

Hüquq müdafiəçisi Oqtay Gülalıyev 2-ci dərəcəli koma vəziyyətindədir.
Merhemetciragi.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda onun həkimi- neyrocərrah Adil Qeybulla bildirib:
“Bir qədər öncə Oqtay Gülalıyevin müalicə aldığı Neyrocərrahlıq Xəstəxanasının reanimasiya şöbəsinin müdiri Arif Xasıyevlə əlaqə saxladım. Vəziyyəti stabil olaraq qalır, hemodinamik göstəriciləri stabildir. Əməliyyata götürülən gündən indiyə kimi 2-ci dərəcəli koma vəziyyətindədir. Pisləşmə yoxdur. İntensiv müalicə tədbirləri davam etdirilir”.
A.Qeybullanın sözlərinə görə, komanın 4 dərəcəsi mövcuddur, ən ağır dərəcə 4-cü dərəcə (tam arefleksiya vəziyyəti) sayılır:

“Mətbuatda gedən bəzi məlumatlara aydınlıq gətirmək nəqsədilə sabah Oqtay bəyin ilk daxil olduğu 1 saylı Kliniki Tibbi Mərkəzdəki tomoqrafiyasının şəklini əldə etməyi və travmanın bütün dinamikasını detallarla izah etməyi planlaşdırıram”.

Xatırladaq ki, O.Gülalıyev oktyabrın 29-u paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi 90-PZ-543 dövlət nömrə nişanlı “Hyunadi Accent” markalı avtomobillə yolu keçərkən vurulub. Sürücü hadisədən dərhal sonra Gülalıyevi 1 saylı Təcili Tibbi yardım mərkəzinə çatdırıb.