Xəbər Lenti
Əfsanəvi aktrisa vəfat etdi
14-11-2019, 09:10

Əfsanəvi aktrisa vəfat etdi

Feysbukdan daha bir yenilik
13-11-2019, 08:46

Feysbukdan daha bir yenilik

18 okt 07:20Gündəm / Sosial

AzMİU-nun müəllimlərinin maaşı artırıldı

Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimlərinin əmək haqları orta hesabla 25 faiz, işçilərin maaşı isə 20 faiz artırılıb.
Merhemetciragi.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, məlumata görə, əmək haqlarının artırılması üçün universitetin rektoru Gülçöhrə Məmmədova əmr imzalayıb.
Bildirilib ki, Prezident İlham Əliyevin cari ilin yanvarından başlayaraq sosial sferaya aid qəbul etdiyi qərarlar, imzalanan sərəncamlar sosial-iqtisadi siyasətin dövlətin əsas prioritetlərdən biri olduğunu təsdiqləyir. Əhalinin bütün təbəqələrini əhatə edən sosial islahatlar paketində təhsil işçiləri də xüsusi yer tutur. Yeni tədris ilindən dövlət sifarişi ilə təhsil alanların sayının və onlara ayrılan təhsil xərclərinin artırılması ilə bağlı verilən qərarlar bu islahatların tərkib hissəsidir. 
Nazirlər Kabinetinin bu qərarı Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) kollektivi tərəfindən də məmnunluqla qarşılanıb.