Xəbər Lenti
Əfsanəvi aktrisa vəfat etdi
14-11-2019, 09:10

Əfsanəvi aktrisa vəfat etdi

Feysbukdan daha bir yenilik
13-11-2019, 08:46

Feysbukdan daha bir yenilik

13 okt 07:31Gündəm / Sosial

Azərbaycan Universiteti beynəlxalq təhsil sərgisində təmsil olunur

Azərbaycan Universiteti Bakı Ekspo Mərkəzində keçirilən 13-cü Azərbaycan Beynəlxalq Təhsil sərgisi “EduExpo”da öz stendi ilə təmsil olunur.
Merhemetciragi.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, stendin yerli və xarici ziyarətçilərinə universitetdə tədris olunan ixtisaslar, tələbələr üçün yaradılan imkanlar, universitetin beynəlxalq əlaqələri və qoşulduğu tələbə mübadilə proqramları, maddi-texniki bazası, elmi fəaliyyəti və uğurları, akademik heyəti, o cümlədən tətbiqinə yeni başlanan kompüter elmləri və kompüter mühəndisliyi ixtisaslarını əhatə edən, Ukraynanın Xarkov Milli Radioelektronika Universiteti ilə birgə beynəlxalq ikili diplom proqramı haqqında məlumat verilir, infomateriallar təqdim olunur, suallar cavablandırılır.
Universitetin İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin tələbələri stenddə qurulmuş “MiniLab”da laboratoriya işləri yerinə yetirirlər. Laboratoriya işləri sərginin yekununda nümayiş etdiriləcək.
Stenddə univrsitetin professor-müəllim heyətinin kitab, monoqrafiya və dərs vəsaitləri, İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin tələbələrinin hazırladıqları robot və elektronika cihazları da nümayiş olunur.
Sərginin təqdimat zonasında abituriyent, valideyn və müəllimlər üçün Azərbaycan Universitetinin özəl təqdimatı təşkil olunub.
Təhsil nazirliyinin dəstəyi ilə keçirilən sərgidə bu il dünyanın 22 ölkəsini təmsil edən 152 təhsil strukturu iştirak edir. Sərgiyə giriş 9-11-ci sinif şagirdləri, abituriyentlər, tələbələr və onların valideynləri, eləcə də təhsil sektorunun peşəkarları üçün açıqdır. Tədbir bu gün və sabah işini davam etdirəcək.