Xəbər Lenti
Hacı Əbdül vəfat etdi
6-04-2020, 11:35

Hacı Əbdül vəfat etdi

17 mar 07:38Gündəm / Siyasət

“Belə vətəndaşlar sosial yardımdan məhrum edilməlidir”

“Əsas məsələ ondadır ki, vətəndaşları özünüməşğulluq proqramına cəlb edəndən sonra özünüməşğulluqla bağlı monitorinq keçirilsin. Çünki dünya praktikasında özünüməşğulluq proqramı ilə əhatə olunan cəmi vətəndaşların təqribən 50 faizi bu imkandan səmərəli şəkildə istifadə edə bilir”. 
Merhemetciragi.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edərkən deyib. 
Dövlət başçısı bildirib ki, rayon və kənd yerlərində mal-qara ilə təmin olunan vətəndaşların bəziləri o mal-qaranı aparıb bazarda satır və beləliklə məsuliyyətsizlik göstərirlər: 
“Halbuki bu işdə əsas məqsəd ondan ibarətdir ki, vətəndaşlar verilən vasitələrlə öz dolanışıqlarını sonra özləri təmin etsinlər. Əgər vətəndaşlar dövlət tərəfindən verilən vəsaitə belə yanaşacaqlarsa, bu, dözülməzdir. Bu vətəndaşlara ikinci dəfə heç bir dəstək göstərilməməlidir, o cümlədən onlar ünvanlı sosial yardımdan da məhrum edilməlidir. Ona görə ki, dövlət öz xoş niyyətini göstərir. Ancaq vətəndaşlar da buna məsuliyyətlə yanaşmalıdırlar. Özünüməşğulluq proqramı ilə əhatə olunmaq istəyənlərin sayı kifayət qədər çoxdur və kriteriyalar əsasında onların arasında seçim edilir. Əgər bu proqrama düşən vətəndaşlar özlərini belə aparacaqlarsa, əlbəttə ki, çox ciddi tədbirlər görülməlidir”.