Xəbər Lenti
Xoruz adam öldürdü
19-01-2020, 07:24

Xoruz adam öldürdü

Süpürgəçini maşın vurdu
19-01-2020, 07:21

Süpürgəçini maşın vurdu

08 dek 07:45Gündəm / Siyasət

Daha iki partiya seçkilərə qatılır

Ümid Partiyası da 2020-ci il fevralın 9-da keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə iştirak edəcək.
Merhemetciragi.Az “Qafqazinfo”ya istinadən məlumatına görə, bu barədə partiya Ali Məclisinin bu gün keçirilən növbəti sessiyasında qərar qəbul olunub.
Ümid Partiyası Ali Məclisi 72 nəfərin namizədliyini təsdiq edib. Daha 13 nəfərlə bağlı qərar vermək səlahiyyəti Rəyasət Heyətinə verilib.
Bundan başqa, Ana Vətən Partiyası da növbədənkənar parlament sçekilərində iştirak edəcək. Bununla bağlı qərar bu gün partiyanın Ali Məclisinin toplantısında qəbul edilib.
Xatırladaq ki, bir qədər əvvəl Müsavat Partiyası da növbədənkənar parlament seçkilərində iştirak edəcəyi ilə bağlı qərarını açıqlayıb.