Xəbər Lenti
Çində zəlzələ olub
5-12-2019, 08:35

Çində zəlzələ olub

04 dek 08:22Gündəm / Maraqlı

Damarların 4 əsas düşməni açıqlandı

Münhen şəhərinin Texniki Universitetinin Profilaktika və İdman tibbi Mərkəzinin direktoru Martin Qalle insan bədənində olan qan damarlarının dörd əsas düşmənini açıqlayıb.
Merhemetciragi.Az “Qafqazinfo”ya istinadən məlumatına görə, mütəxəssis bunları qeyd edib: siqaret çəkmək, qanda şəkərin yüksək səviyyədə olması, yüksək xolesterin, yüksək arterial təzyiq.
Alman professor izah edib ki, nikotin qəbulu zamanı damarlar sıxılır və bədənin bəzi nahiyələrinə qan gedib çatmır. Bu, qısamüddətli effekt olsa da, siqaret çəkmək insan orqanizminə yetərincə zərər vurur.
Şirniyyatın həddindən artıq çox yeyilməsi də zərərlidir. Alman mütəxəssis şirniyyatın damaların qoruyucu qatını məhv etdiyini qeyd edib.
Xolesterinin də yüksək dərəcədə olması təhlükəlidir. Bu, orqanik birləşmənin əmələyə gətirdiyi “piləkciklər” arteriyaları tıxayır, onları kövrək və qeyri-elastik edir.
Yüksək təzyiq zamanı da damarlara çətin olur. Bu halda qan onların sədlərini sıxmağa başlayır, bu isə damarların partlamasına gətirib çıxara bilər.
Damaların möhkəmləndirilməsi və onların sağlamlığının dəstəklənməsi üçün alman professor çoxlu tərəvəz, eləcə də yağ turşuları ilə zəngin yeməklər yemək, həftədə iki dəfədən az olmamaq şərti ilə təmiz havada gəzmək və çəkini nəzarətdə saxlamağı tövsiyə edir. Bir sözlə, sağlam həyat tərzi sürmək.