Xəbər Lenti
Kontra istefa verdi
21-11-2019, 08:25

Kontra istefa verdi

08 noy 08:49Gündəm / Maraqlı

Mərcangilənin daha 2 faydası açıqlandı

Finlandiyanın Tampere Universitetinin alimləri mərcangilənin qanda xolesterin və şəkərin səviyyəsini aşağı saldığını açıqlayıb. Merhemetciragi.Az “Qafqazinfo”ya istinadən məlumatına görə, bu barədə “MedikForum” yazıb.
Alimlər bu nəticəyə siçanlar üzərində apardıqları eksperimentdən sonra gəlib. İki qrupa bölünən heyvanların bir qisminə yeməyə yalnız yağ və karbohidrat, digər qisminə isə əlavə olaraq mərcangilə də verilib. Mərcangilə yeyən heyvanların çox gec çəki almaları diqqət çəkib. Bundan əlavə, mərcangilə heyvanların qanında xolesterin və şəkər göstəricilərini yaxşılaşdırıb.
Mərcangilədə orqanizm üçün son dərəcə faydalı maddələr var – resveratrol, kvertsetin, kemferol, proantotsianidinlər. Ola bilsin, məhz onların sayəsində mərcangilə qanda xolesterin və şəkərin səviyyəsini aşağı sala bilir. Giləmeyvə iltihabi proseslərin azalmasına kömək edir və maddələr mübadiləsini stimullaşdırır.