Xəbər Lenti
Kontra istefa verdi
21-11-2019, 08:25

Kontra istefa verdi

07 noy 09:52Gündəm / Maraqlı

Hormonları balanslaşdırmağa kömək edən 6 məhsul

Mütəxəssislər hormonal balansın pozulmasının qarşısını almaq üçün rəfinə olunmuş qənd, alkoqol, trans yağlardan uzaq durmağı məsləhət görür. Kələm, qoz, kətan toxumu, sarıkök kimi digər məhsullar isə, əksinə, hormonları balanslaşdırmağa kömək edir.    
Merhemetciragi.Az “Qafqazinfo”ya istinadən onların faydaları ilə sizi tanış edir:
Kələm
Kələmin müxtəlif növlərinin tərkibində indol-3-karbinol adlı spesifik birləşmələr var. Bu fitokimyəvi maddə antioksidant təsirə malikdir və orqanizmə estrogen artığını aradan qaldırmağa kömək edir. Bu maddənin qəbulunu çoxaltmaq üçün kələmi yeməmişdən əvvəl azacıq pörtmək lazımdır.
Giləmeyvələr
Moruq, qara qarağat və böyürtkən tərkiblərindəki az miqdarda karbohidrata görə qanda şəkərin səviyyəsini, bununla isə hormonları tənzimləməyə kömək edirlər.
Kətan toxumu
Kətan toxumu və yağının tərkibində estrogenin səviyyəsinə tənzimləyici təsir göstərən “liqnan” adlı maddə var.
Qoz
Qozun tərkibində olan turşu yağları beyin funksiyalarına yaxşı təsir göstərir. Qoz menopauza yaşayan qadınlar üçün faydalıdır.
Sarıkök
Ədva bir sıra hormonların sintez və aktivizasiyasına cavab verən qaraciyərin fəaliyyətini dəstəkləyir. Qadınlara sarıkök predmenstural sindrom vaxtı kömək edir, hormonal fondu normallaşdırır, klimaks dövründə əhvalı yaxşılaşdırır.
Moruq yarpağı
Moruq yarpağından çay orqanizmə qadın reproduktiv sistemini tənzimləməkdə kömək edir. Onun istifadəsi uşaqlığı möhkəmləndirir. Nəticədə qadınlar mensturasiya, doğuş və klimaksı daha rahat keçirir.