Xəbər Lenti
Kontra istefa verdi
21-11-2019, 08:25

Kontra istefa verdi

02 noy 07:39Gündəm / Maraqlı

Bağırsaq üçün ən faydalı səhər yeməyi növləri

Rusiyanın “MedikForum” saytı bağırsaq üçün ən faydalı səhər yeməyi növləri ilə bağlı material hazırlayıb.
Merhemetciragi.Az “Qafqazinfo”ya istindən xəbər verir ki, məqalədə aşağıdakı məhsulların adları qeyd edilib:
Yoqurt zülal, probiotik və faydalı karbohidratların balansını saxlayan gözəl məhsuldur. Probiotiklər özü özlüyündə bağırsağın sağlamlığını möhkəmləndirən “yaxşı” bakteriyalardır.
Səhərlər banan yemək orqanizm üçün çox faydalıdır. Yüksək dərəcədə yağ və zülal tərkibi ilə seçilən bananın səhər-səhər yeyilməsi həzm orqanlarının gündəlik işini təmin edir. Meyvənin tərkibində probiotiklər, vitaminlər, minerallar və antioksidantlar var. Banan uzunmüddətli toxluq hissi yaradır.
Yulaf yarmasının tərkibində olan liflər qanda “pis” xolesterinin səviyyəsini aşağ salır, şəkəri nəzarət altında saxlayır. Yulafda olan zülallar bağırsağın sağlamlığı üçün faydalıdır. Yulaf yarmasını sıyıq halında yemək istəmirsinizsə, onun içinə smuzi, blinçik və ya yoqurt əlavə edin.
Almanın tərkibində olan polifenol və pektin bağırsağın sağlamlığı üçün faydalı hesab olunur. Bu antioksidantlar orqanizmdə iltihabın səviyyəsini aşağı salır. Almanın tərkibindəki həll olunan sellüloz  qanda “pis” xolesterinin səviyyəsini aşağı salır.
Nutrientlərlə zəngin olan günəbaxan tumunun tərkibində zülal, yağ turşuları və sellüloz  var. Həll olunan sellülozla zəngin bu prebiotik bağırsağın işləməsi üçün faydalır. Bir çay qaşığı təmizlənmiş günəbaxan tumunu hansısa sıyıq və ya smuziyə əlavə etmək olar.