Xəbər Lenti
QAN YADDAŞIMIZ
Dün, 18:11

QAN YADDAŞIMIZ

AFFA bəyanat yaydı
21-02-2020, 13:34

AFFA bəyanat yaydı

BDU-da yeni təyinat
17-02-2020, 12:12

BDU-da yeni təyinat

Rafael Ağayev finalda
16-02-2020, 07:39

Rafael Ağayev finalda

09 fev 07:45Gündəm / Kriminal

Azərbaycandan ABŞ-a xurma çəyirdəyində narkotik göndərmək istədilər

Beynəlxalq poçt göndərişləri vasitəsilə narkotik vasitənin gömrük sərhəddindən keçirilməsi cəhdinin qarşısı alınıb.
Dövlər Gömrük Komitəsindən  verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt göndərişləri gömrük postunda Azərbaycandan Amerika Birləşmiş Ştatlarına (ABŞ) göndərilən, içərisində 3.5 kq şirniyyat olduğu göstərilən poçt bağlamasına Bakı Karqo Terminalının ixrac nəzarəti xəttində rentgen qurğusu vasitəsilə gömrük baxışı keçirilib və monitorda şübhəli əşyaların təsviri görünüb. Daha sonra kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlaması həyata keçirilib və xidməti it bağlamaya reaksiya verib.
Hal şahidlərinin iştirakı ilə keçirilən təkrar yoxlama zamanı bağlamada, 3 ədəd polietilen paketdə xurma yükü olduğu müəyyən edilib. Bundan sonra yoxlama davam etdirilib və müəyyən olunub ki, qaçaqmalçılar "unikal" gizlətmə yolundan istifadə edərək narkotiki xurmaların hər birinin içərisinə çəyirdək formasında yerləşdiriblər. Ümumilikdə, 305 ədəd xurma çəyirdəyi formasında, çəkisi 1048 qram olan narkotik vasitə - tiryək aşkarlanıb.

“Qafqazinfo”