Xəbər Lenti
QAN YADDAŞIMIZ
Dün, 18:11

QAN YADDAŞIMIZ

AFFA bəyanat yaydı
21-02-2020, 13:34

AFFA bəyanat yaydı

BDU-da yeni təyinat
17-02-2020, 12:12

BDU-da yeni təyinat

Rafael Ağayev finalda
16-02-2020, 07:39

Rafael Ağayev finalda

01 fev 10:29Gündəm / Kriminal

Gəlinlərini öldürmək istədi, sonra intihar etdi...

Ağcabədi rayonunda şizofreniya xəstəsi olan şəxs qardaşı oğlunun arvadını öldürmək istəyib. 
Merhemetciragi.Az “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, yanvarın 31-i saat 11 radələrində Ağcabədi rayon poliklinikasının ruhi-əsəb kabinetində şizofreniya diaqnozu ilə qeydiyyatda olan 1970-ci il təvəllüdlü Hüseynov Müşfiq Oruc oğlu heç bir əsaslı səbəb olmadan qardaşı oğlunun arvadı, Qaraxanlı kəndində yaşayan 1991-ci il təvəllüdlü Hüseynova Könül Surxay qızının yaşadığı evə daxil olaraq əlində olan dəhrə ilə Könül Hüseynovanın kürək nahiyəsinə, baş, boyun, kürək, ayaq və əl nahiyələrinə xəsarətlər yetirərək onu öldürməyə cəhd edib.
Lakin K.Hüseynova Müşfiq Hüseynovun əlindən çıxaraq oradan qaçdığı üçün Müşfiq Hüseynov öz iradəsindən aslı olmayan səbəbdən niyyətini başa çatdıra bilməyib. Könül Hüseynova qonşuları tərəfindən Ağdam rayon Mərkəzi Xəstəxanasına, oradan isə Ağcabədi rayon mərkəzi xəstəxanasına aparılıb.
Hadisə yerində qalmış Müşfiq Hüseynov sirkə turşusu içərək özünü zəhərləyib. O, həmin gün saat 20 radələrində Ağcabədi rayon Mərkəzi Xəstəxanasında ölüb. Meyitinin müayinəsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib. 
Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.
Müşfiq Hüseynovun sirkə turşusu içərək intihara cəhd etməsi faktı ilə bağlı isə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi cinayət işi başlanıb.