Xəbər Lenti
Xoruz adam öldürdü
19-01-2020, 07:24

Xoruz adam öldürdü

Süpürgəçini maşın vurdu
19-01-2020, 07:21

Süpürgəçini maşın vurdu

16 dek 07:41Gündəm / Kriminal

Bakıda 12 minlik saat oğurlandı

Dekabrın 11-nə keçən gecə Yasamal rayonu ərazisindəki mağazaların birindən oğurluq edilməsi barədə DİN-in “102” Zəng Mərkəzinə müraciət daxil olub.
Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, müraciətlə əlaqədar dərhal Yasamal RPİ 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. İnşaatçılar prospektində yerləşən mağazadan 12000 manat dəyərində 3 ədəd “Rado” markalı qol saatının oğurlandığı müəyyən edilib.
Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və 27-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri A.Abdullayev və T.Qurbanov saxlanılıblar.
Araşdırma aparılır.


“Qafqazinfo”