Xəbər Lenti
Hacı Əbdül vəfat etdi
6-04-2020, 11:35

Hacı Əbdül vəfat etdi

24 mar 11:19Gündəm / İqtisadiyyat

“TOPAZ”dan 500 min manatlıq ianə

Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsaitlərin köçürülməsi davam edir.
Merhemetciragi.Az “Qafqazinfo”ya istinadən məlumatına görə, Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru olan “Caspiantech” QSC (“Topaz” bukmeyker şirkəti) öz növbəsində fondun hesabına virusla mübarizə məqsədilə 500 000 manat məbləğində vəsait köçürüb.
Azərbaycanda idmanın müxtəlif növlərinin inkişafına layiqli töhfələr vermiş şirkətin fəaliyyəti əsasən beynəlxalq miqyaslı idman tədbirlərinə əsaslanır və bugünkü gündə onların hamısı təxirə salınsa belə, pərakəndə sektorunun iştirakçısı olan “Caspiantech” QSC korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, Azərbaycanda qlobal pandemiyaya qarşı aparılan tədbirlərə dəstək göstərməyi özünə borc bilir.
“Topaz” şirkəti bu çətin dövrdə hamıya can sağlığı arzulayır və bütün insanları virusdan qorunmaq üçün lazımi tədbirlər görməyə çağırır.