Xəbər Lenti
“Kuzgun” finala getdi
17-10-2019, 09:29

“Kuzgun” finala getdi

Ronaldo 1-ci, Messi 2-ci oldu
17-10-2019, 09:08

Ronaldo 1-ci, Messi 2-ci oldu

“Rəqibə imkan vermədik”
16-10-2019, 08:27

“Rəqibə imkan vermədik”

Bu rayonlarda qaz olmayacaq
15-10-2019, 10:58

Bu rayonlarda qaz olmayacaq

Atəşkəs 21 dəfə pozulub
15-10-2019, 10:56

Atəşkəs 21 dəfə pozulub

Sürücülərin diqqətinə!
15-10-2019, 10:54

Sürücülərin diqqətinə!

12 sen 08:23Gündəm / İqtisadiyyat

AECOM: “Şəfəq-Asiman” blokunda kəşfiyyat quyusunun qazılması “Şahdəniz”ə təsir etməyəcək

Quyuların qazılması zamanı qaz kondensantının dağılma müşahidə edilə bilər və bu su sütununda qala bilər. Hansı ki suyun səthində xüsusi parafinli yapışqan maye əmələ gətirəcək.
Merhemetciragi.Az Oxu.Az-a istinadən xəbər verir ki, bunu AECOM şirkətinin ətraf mühitin qorunması üzrə məsləhətçisi Anna Rous (Anna Rouse) “Şəfəq-Asiman” blokunda kəşfiyyat quyusunun qazılması zamanı dənizin çirklənməsi ilə bağlı sualları cavablandırarkən deyib.
A.Rous bildirib ki, bu səbəbdən kondensator modelləşdirilməsi aparılır:
“Sözügedən vəziyyətin sahilyanı zonaya çatması, quşlara, digər canlı təbiətə müəyyən qədər təsiri olduğuna görə kondensator sadələşdirilməsinin aparılması mütləqdir. 
Qaza gəldikdə, qazın dəniz səthində hansısa qat yaratmır və bu da flora və faunaya təsir etmir”.
Şirkət rəsmisi “Şəfəq-Asiman” blokunda qazılacaq kəşfiyyat quyusunun yaxınlıqda yerləşən “Şahdəniz” yatağına təsirinin mümkünlüyünə də aydınlıq gətirib:
“Şahdəniz” layihəsinə gəldikdə isə onu deyə bilərəm ki, o layihə çərçivəsində aparılan işlər sözügedən quyundan təxminən 50 km aralıdadır. “Şahdəniz-2” layihəsi çərçivəsində proseslər davam edir, quyuların çoxu artıq qazılıb, hasilat gedir. Kumulativ təsirlərin qiymətləndirilməsinə gəldikdə, biz gələcəkdə müəyyən tədbirlərin görülməsini planlaşdırırıq.
Burada sualtı əlavə boruların quraşdırılmasını nəzərdə tuturuq, təbii ki, söhbət “Şahdəniz-2” layihəsindən gedir. Nəzərə alsaq ki bu məsafə 50 km-dir, orada olan sualtı boruların quraşdırılması isə təxminən bir km məsafə keçir, kumulativ təsirdən, ümumiyyətlə, söhbət gedə bilməz.
Bu layihənin Ekoloji idarəetmə planlarına gəldikdə isə xüsusilə neft almaları ilə bağlı cavab tədbir planları hazırlanacaq. Operatorlar bu istiqamətdə artıq standart cavab formatı hazırlayıb və BP-də neft alma məsələlərində bu planlardan istifadə etməyi düşünür”.