Xəbər Lenti
RAMAZAN BAYRAMINIZ MÜBARƏK
23-05-2020, 14:38

RAMAZAN BAYRAMINIZ MÜBARƏK

Prezident xalqı təbrik etdi
23-05-2020, 13:11

Prezident xalqı təbrik etdi

Məşhur şirkət iflas etdi
23-05-2020, 11:39

Məşhur şirkət iflas etdi

TƏBRİK EDİRİK!!!
22-05-2020, 15:04

TƏBRİK EDİRİK!!!

Sabah 36 dərəcə isti olacaq
21-05-2020, 13:55

Sabah 36 dərəcə isti olacaq

23 may 11:12Gündəm / İdman

İbrahim Şehiç “Beşiktaş”la anlaşdı

“Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiç “Beşiktaş”la razılığa gəlib. Merhemetciragi.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bosniyalı qolkiper gələn mövsümdən İstanbul təmsilçisinin formasını geyinəcək.
Birinci liqa təmsilçisi “Erzurumspor”da çıxış edən 31 yaşlı oyunçu bir müddətdir “Beşiktaş” klubu ilə danışıq aparırdı. “Dadaşlar”ın baş məşqçisi Mehmet Özdilek daha öncə Türkiyə mətbuatına  Şehiçin Türkiyədə ən yaxşı 5 qapıçıdan biri olduğunu və oyunçuya böyük klublardan təklif gəldiyini təsdiqləmişdi.
“Qara qartallar”ın artıq bosniyalı ilə anlaşdığı və rəsmi müqavilənin mövsüm sonunda imzalanacağı bildirilir. “Beşiktaş” yayda “Erzurumspor”la sözləşməsi bitəcək Şehiç üçün transfer bədəli ödəməyəcək.
Qeyd edək ki, 31 yaşlı qapıçı 2013-18-ci illərdə “Qarabağ”da çıxış edib.