Xəbər Lenti
24 fev 07:54Gündəm / İdman

Ersun Yanal istefa verdi

“Fənərbaxça”nın baş məşqçisi Ersun Yanal istefa verib.
Merhemetciragi.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “TRT Spor” məlumat yayıb. Bildirilir ki, Yanalın istefasına Türkiyə Super Liqasının 23-cü həftəsində “Qalatsaray”a 1:3 hesabı ilə məğlubiyyət səbəb olub.
İddialara görə, Yanal istefa məktubunu “Fənərbaxça”nın prezidenti Ali Koça təqdim edəcək.
 Baş məşqçinin istefası barədə rəsmi məlumat verilməyib.