Xəbər Lenti
20 fev 15:51Gündəm / İdman

Mozambiklə Zimbabve də millimizi geridə qoydu

FIFA milli komandaların 2020-ci il üçün ilk reytinq cədvəlini açıqlayıb.
Merhemetciragi.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Azərbaycan yığmasının mövqeyi dəyişməyib. Milli 1177 xalla 114-cü yerdədir.
 
Mozambik, Kenya, Fələstin, Zimbabve, Niger, Tailand kimi yığmalar Azərbaycandan öndədir. Azərbaycan millisindən 1 pillə geridə Kosovodur.
 
Siyahıya  1765 xalla Belçika başçılıq edir. Fransa 1733 xalla 2-ci, Braziliya 1712 xalla 3-cüdür.