Xəbər Lenti
16 fev 07:39Gündəm / İdman

Rafael Ağayev finalda

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Karate1 Premyer Liqa turnirinin 2-ci mərhələsi start götürüb. 
Merhemetciragi.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, yarışda iştirak edən Azərbaycan milli komandasının heyətində yer alan “Qəbələ” İdman Klubunun karateçiləri ilk günü uğurla başa vurublar. 
75 kq çəki dərəcəsində mübarizə aparan Rafael Ağayev bütün qarşılaşmalarda qalib gələrək finala vəsiqə qazanıb. 
Yarımfinala qədər üç rəqibini mübarizədən kənarlaşdıran idmançımız finalın bir addımlığında Bəhmən Əsgərini (İran) 3:0 hesabı ilə məğlub edib. Rafael həlledici qarşılaşmada Luici Busa (İtaliya) ilə görüşəcək.
Digər təmsilçimiz Rafiz Həsənov 67 kq çəki dərəcəsində mübarizə aparıb. İlkin mərhələdə bir heç-heçə edib, bir məğlubiyyət alan karateçimiz təsəlliverici görüşlərdə Raul Kuervanı (İspaniya) 2:0, Younes Oualadı (Belçika) 3:0 hesabı ilə məğlub etməyi bacarıb. Rafiz 3-cü yer uğrunda görüşdə türkiyəli Burak Uyğur ilə üz-üzə gələcək.
Xatırladaq ki, “Al Vasl” arenasında təşkil olunan yarışda 85 ölkədən 571 karateçi iştirak edir.