Xəbər Lenti
Atəşkəs 24 dəfə pozuldu
11-11-2019, 10:55

Atəşkəs 24 dəfə pozuldu

TƏBRİK EDİRİK!!!
11-11-2019, 09:09

TƏBRİK EDİRİK!!!

04 noy 08:31Gündəm / İdman

Güləşçimiz Dünya çempionatında ikinci yerə çıxdı

Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı sona çatıb.
Merhemetciragi.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, altıncı yarış günündə son 4 yunan-Roma güləşçimiz mübarizəyə qoşulub.
Əsgər Əlizadə debütdə ötən il böyüklər arasında dünya çempionatının finalında 55 kq-da Eldəniz Əzizliyə məğlub olan Qırğızıstan güləşçisi ilə bacarmayıb. Ancaq rəqib finala yüksəldiyi üçün Əlizadə noyabrın 3-də təsəlliverici görüşə çıxıb və yenə məğlub olub.
Namaz Rüstəmov ilk mərhələdə prinsipial görüşə çıxıb. Rusiyanı təmsil edən erməni güləşçi ilə qarşılaşma gərgin mübarizə şəraitində keçib. İlk hissə rəqibin 5:0 hesablı üstünlüyü ilə başa çatsa da, həmyerlimiz ikinci hissədə geridönüş etməyi bacararaq sonuncu xal prinsipinə əsasən qələbə qazanıb. Ancaq növbəti görüşdə hesabda öndə olarkən səhvə yol verərək yapon rəqibinə uduzub.
Mübarizəyə 1/8 finaldan qoşulan Sənan Süleymanov yapon həmkarına elə ilk hissədə qalib gələrək dünya çempionatına inamlı start verib. Norveç təmsilçisini də vaxtından əvvəl məyus edən Süleymanov adını yarımfinala yazdırıb. Moldova güləşçisindən də güclü olan Sənan finala vəsiqə qazanıb. Noyabrın 3-də İran pəhləvanı ilə həlledici qarşılaşmada uduzan güləşçimiz gümüş medalı boynundan asıb.
Arif Niftullayev ilk görüşdə Finlandiya idmançısına müqavimət göstərə bilməyib. Ancaq rəqib finala yüksəldiyi üçün həmyerlimiz noyabrın 3-də təsəlliverici görüşə çıxmaq hüququ əldə edib və bu görüşdən də məğlub ayrılıb.
Qeyd edək ki, bu çəkilərdə medal qarşılaşmaları Bakı vaxtı ilə saat 20:00-da başlayıb.
60 kq
Təsnifat - Əsgər Əlizadə - Jolaman Şarşenbekov (KGZ) 0:4
Təsəlliverici görüş - Əsgər Əlizadə - Artur Petrosyan (RUS) 0:8
67 kq
Təsnifat - Namaz Rüstəmov - Alen Mirzoyan (RUS) *5:5
1/8 final - Namaz Rüstəmov - Katsuaki Endo (JPN) 3:5
72 kq
1/8 - Sənan Süleymanov - Nao Kusaka (JPN) 10:0
1/4 final - Sənan Süleymanov - Xuan Sebastyan Aak (NOR) 15:6
1/2 final - Sənan Süleymanov - Valentin Petiç (MDA) 6:0
FİNAL - Sənan Süleymanov - Məhəmmədrza Gerayi (İRİ) 0:7
97 kq
1/8 final - Arif Niftullayev - Arvi Martin Savolaynen (FİN) 4:12
Təsəlliverici görüş - Arif Niftullayev - Məhəmmədhadi Saravi (İRİ) 1:7