Xəbər Lenti
Hacı Əbdül vəfat etdi
6-04-2020, 11:35

Hacı Əbdül vəfat etdi

15 sen 08:19Gündəm / İdman

İki güləşçimiz dünya çempionatının finalına çıxmaq üçün mübarizə aparacaq

Bu gün Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı start götürüb.
 İlk yarış günündə yunan-Roma güləşi üzrə 55, 63, 72 və 82 kq-da mübarizə başlayıb.
Eldəniz Əzizli (-55 kq) hindistanlı və monqolustanlı rəqiblərini 8:0 və 9:0 hesabı ilə məğlub edərək yarımfinala çıxıb. Dünya və Avropa çempionumuzun yarımfinaldakı rəqibi qazaxıstanlı Korlan Jakanşa olacaq.
Avropa çempionumuz Rafiq Hüseynov (-82 kq) da yarımfinala çıxıb. Təsnifat mərhələsindən mübarizəyə başlayan idmançımız moldovalı, ukraynalı, qazaxıstanlı rəqiblərini 6:0, 7:0 və 7:1 hesabları ilə məğlub edib. Finala çıxmaq üçün Rafiqin rəqibi Olimpiya mükafatçısı, dünya və Asiya çempionu olmuş iranlı Səid Abdevəlidir.
Yeniyetmələr arasında Olimpiya çempionumuz Elman Muxtarov (-63 kq) və Sənan Süleymanov (-72 kq) isə müvafiq olaraq 1/8 və 1/4 finalda uduzub.
Qeyd edək ki, yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 16:00-da başlayacaq və İTV-dən canlı yayımlanacaq.

Oxu.Az