Xəbər Lenti
RAMAZAN BAYRAMINIZ MÜBARƏK
23-05-2020, 14:38

RAMAZAN BAYRAMINIZ MÜBARƏK

Prezident xalqı təbrik etdi
23-05-2020, 13:11

Prezident xalqı təbrik etdi

Məşhur şirkət iflas etdi
23-05-2020, 11:39

Məşhur şirkət iflas etdi

TƏBRİK EDİRİK!!!
22-05-2020, 15:04

TƏBRİK EDİRİK!!!

Sabah 36 dərəcə isti olacaq
21-05-2020, 13:55

Sabah 36 dərəcə isti olacaq

23 may 11:35Gündəm / Dünya

Pakistanda təyyarə qəzasının istintaqı üçün komissiya yaradıldı

Pakistan hökuməti Kəraçi şəhərində "Pakistanın Beynəlxalq Hava Yolları "aviaşirkətinin Airbus A320 təyyarəsinin qəzasının istintaqı ilə məşğul olacaq xüsusi komissiya yaradıb. Merhemetciragi.Az “Qafqazinfo”ya istinadən bildirir ki, bu barədə “Dunya News” telekanalı xəbər verib.
Mənbənin məlumatına görə, Aviasiya Nazirliyi bildirib ki, Pakistan aviasiyasının kommodoru Usan Qaninin başçılıq edəcəyi komissiyaya dörd nəfər daxil olacaq. Komissiya dərhal Aviasiya Nazirliyinə məruzə təqdim edəcək. Bununla belə, ətraflı hesabat bir ay ərzində təqdim olunacaq.
Qeyd edək ki, Lahor-Kəraçi reysini həyata keçirən “Airbus A320” təyyarəsi texniki nasazlıq səbəbindən düşüb. Hava gəmisinin göyərtəsində 91 sərnişin və 8 ekipaj üzvü olub. Sind əyalətinin Səhiyyə Nazirliyinin mətbuat katibi bildirib ki, hadisə nəticəsində 66 nəfər həyatını itirib. Baş Nazir İmran Xan qəza ilə bağlı tədqiqatların başladıldığını elan edib.