Xəbər Lenti
22 fev 10:37Gündəm / Dünya

Çində koronavirus sutka ərzində 109 nəfəri öldürdü

Çində koronavirusa yoluxanların sayı 76 mini ötüb. Onlardan 2345-i dünyasını dəyişib, 20659-u sağalıb və xəstəxanalardan evə buraxılıb. Merhemetciragi.Az “Qafqazinfo”ya istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Son sutka ərzində bütün ölkə üzrə 397 yeni yoluxma faktı qeydə alınıb, 2393 nəfər xəstəxanalardan evə buraxılıb, 109 nəfər dünyasını dəyişib (onlardan 106-sı Hubey əyalətinin payına düşür).