Xəbər Lenti
Xoruz adam öldürdü
19-01-2020, 07:24

Xoruz adam öldürdü

Süpürgəçini maşın vurdu
19-01-2020, 07:21

Süpürgəçini maşın vurdu

16 yan 08:21Gündəm / Dünya

Krallığı tərk etdikdən sonra ilk dəfə görüntüləndi - Foto

Şahzadə Harrinin həyat yoldaşı Meqan Markl kral ailəsinin yüksək vəzifəli üzvü olmaqdan imtina etdikdən sonra ilk dəfə görüntülənib. Merhemetciragi.Az “Qafqazinfo”ya istinadən məlumatına görə, bu barədə “RİA Novosti” xəbər verib.
Belə ki, Sasseks hersoqinyası Vankuverdə yerləşən Qadın Krizis Mərkəzini ziyarət edib. Görüş zamanı çəkilən foto Mərkəzin Feysbuk hesabında paylaşılıb.

“Görün, biz bu gün kiminlə çay içirdik! Sasseks hersoqinyası Meqan Markl qadınlara aid aktual məsələləri müzakirə etmək üçün bizə qonaq gəlmişdi”, - paylaşımda yazılıb.
Bu günlərdə isə Böyük Britaniya kraliçası II Elizabet nəvəsi şahzadə Harri və həyat yoldaşı Meqan Marklın kral ailəsinin yüksək vəzifəli üzvləri olmaqdan imtina etmələri və “yeni həyat”a başlamaqla bağlı qərarlarını dəstəklədiyini açıqlamışdı.