Xəbər Lenti
Çində zəlzələ olub
5-12-2019, 08:35

Çində zəlzələ olub

14 noy 09:23Gündəm / Dünya

Ərdoğan Trampın məktublarını özünə qaytardı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp birgə mətbuat konfransı keçiriblər.
Merhemetciragi.Az “Hürriyet”ə istinadən xəbər verir ki, görüşün məhsuldar keçdiyini bildirən Tramp “türk və amerikalı səlahiyyətlilər F-35 probleminin həlli üçün çalışırlar” deyib.
Ərdoğan isə Trampın ona yazdığı məktubları geri qaytarıb. O bildirib ki, Trampın Məzlum Kobani kimi terrorçunu danışıqlar tərəfi kimi təqdim etməsini qəbul etmir:
“Məktubları bu gün yenidən Trampa qaytardım. Fərhad Abdi Şahin kimi terrorçunun Amerika kimi ölkənin prezidenti tərəfindən ciddiyə alınmasına təəssüf edirəm. Mərkəzi Kəşfiyyat İdarəsi onun terrorist olduğunu sübuta yetirib. FETÖ lideri Fətullah Gülən də bizə verilməlidir”.
Xatırladaq ki, Donald Tramp məktubunda Ərdoğanın PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG qolunun başçısı Fərhad Abdi Şahinlə müzakirələr aparmasını istəyirdi. Məktubda təhdid dolu sözlərə də yer verilmişdi.