Xəbər Lenti
Əfsanəvi aktrisa vəfat etdi
14-11-2019, 09:10

Əfsanəvi aktrisa vəfat etdi

Feysbukdan daha bir yenilik
13-11-2019, 08:46

Feysbukdan daha bir yenilik

17 okt 09:08Gündəm / Dünya

Ronaldo 1-ci, Messi 2-ci oldu

2018-ci ildə İnstaqram reklamından ən çox gəlir əldə edən məşhur Turinin “Yuventus” futbol klubunun ulduz forvardı Kriştiano Ronaldo olub. Bunu “Buzz Bingo” kompaniyası öz hesablamalarına əsasən açıqlayıb.
Araşdırmaya görə, 2018-ci ilin 12 ayı ərzində futbolçu 44,1 milyon avro qazanıb. Portuqaliyalı səhifəsində 49 reklam paylaşımı edib.
İkinci yerdə Ronaldonun əzəli rəqibi – Kataloniyanın “Barselona” futbol klubunun forvardı Lionel Messi qərarlaşıb. Argentinalı 36 reklam paylaşımından 21,2 milyon avro gəlir əldə edib. İlk üçlüyü amerikalı model Kendall Cenner tamamlayıb (14,4 milyon avro). Dördüncü yerdə isə daha bir fubolçu - Devid Bekhem yer alıb (10 milyon avro).

 “Qafqazinfo”