Xəbər Lenti
RAMAZAN BAYRAMINIZ MÜBARƏK
23-05-2020, 14:38

RAMAZAN BAYRAMINIZ MÜBARƏK

Prezident xalqı təbrik etdi
23-05-2020, 13:11

Prezident xalqı təbrik etdi

Məşhur şirkət iflas etdi
23-05-2020, 11:39

Məşhur şirkət iflas etdi

TƏBRİK EDİRİK!!!
22-05-2020, 15:04

TƏBRİK EDİRİK!!!

Sabah 36 dərəcə isti olacaq
21-05-2020, 13:55

Sabah 36 dərəcə isti olacaq

17 may 12:36Gündəm / Hadisə

Xəzərdə dalğanın hündürlüyü 3,8 metrə çatıb - Faktiki hava


Mayın 17-si səhərədək  bəzi dağlıq ərazilərdə şimşək çaxıb, arabir yağış yağıb, güclü qərb küləyi əsib.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumat verib.
Düşən yağıntının miqdarı Daşkəsən, Gədəbəy, Göygöl, Quba, Xaltan, Qrızda 1 mm olub.
Qərb küləyinin sürəti arabir Tərtər, Altıağacda 25 m/s, Naftalan, Daşkəsəndə 23 m/s, Ağstafada 22 m/s, Şəki, Xaçmaz, Ağdamda 20 m/s, Göyçayda 19 m/s, Gəncə, Qubada 18 m/s,  Şabranda 16 m/s, Mingəçevir, Yevlaxda 15 m/s olub. Abşeron yarımadası və Abşeron Dəniz rayonunda şımal-qərb küləyi Pirallahıda 30 m/s, Qum adası, Maştağada 28 m/s, Çilov adasında 27 m/s, Neft Daşlarında 24 m/s, Sumqayıt, Bakıda 22 m/s, Binədə 19 m/s, Zabratda 18 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3,8  metrə çatıb.
Temperatur iqlim normasından 2.2 dərəcə yuxarı olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 24-31, aran rayonlarında 31-34 dərəcə, dağlıq rayonlarda 22 dərəcəyədək, Naxçıvan MR-da 21-30 dərəcə isti olub.