Xəbər Lenti
Hacı Əbdül vəfat etdi
6-04-2020, 11:35

Hacı Əbdül vəfat etdi

19 mar 16:39Gündəm / Sosial

AtaTv.az- 2 il

Hər kəsə bəllidir ki, yaşadığımız bugünkü cəmiyyətdə Kütləvi İnformasiya Vasitələrinin rolu olduqca böyükdür. Həqiqət naminə etiraf edək ki, bu gün bəzi media qurumları öz fəaliyyətlərini qəbul olunmuş KİV haqqında Qanunun tələbləri əsasında deyil, sanki qanundankənar sərhədləri aşmaqla fəaliyyət göstərməkdədirlər. Sözsüz ki, belə bir halların varlığı ictimaiyyətin böyük çevrəsi tərəfindən heç də yaxşı qəbul olunmur. Ona görə də, bu gün hər bir KİV nümayəndəsinin başlıca vəzifəsi, məhz əmələ gələn hər cür eybəcərliklərə qarşı aidiyyatı dövlət qurumları ilə birlikdə ardıcıl mübarizə tədbirlərini aparmaqdan, cəmiyyətimizin sağlamlaşdırılmasına nail olmaqdan ibarət olmalıdır.

O halın da varlığını qeyd edim ki, təsisçisi və baş redaktoru olduğum AtaTv.az xəbər portalını iki il bundan öncə, məhz bu gün ərsəyə gətirə bildim. Sözsüz ki, mən də bir vətəndaş olaraq cəmiyyətimizin sağlam, dövlətimizin güclü, xalqımızın isə firəvan olmasını istəyən şəxslərdən biriyəm. Ona görə də, iki il bundan öncə belə bir məsuliyyəti üzərimə götürüb, adı çəkilən xəbər portalını təsis etdim. Sevindirici hal odur ki, ötən iki il müddətində atdığımız addımların nəticəsidir ki, bu gün ictimai fikirdə AtaTv.az xəbər portalına qarşı yanaşma olduqca müsbətdir. Belə bir yanaşmanın əmələ gəlməsini zəruri edən bir çox səbəblər var ki, həmin səbəblər içərisində, məhz hər zaman haqq-ədalət anlayışını uca tutmağımız, vətəndaş şərəf və ləyaqətini müdafiə etməyimiz oldu. Bəli, bu gün belə bir yanaşmanı hiss etdikcə öz-özlüyümüzdə qürur hissi keçiririk, gələcəyə ümidlə baxırıq. Çünki, redaksiyamızın yaradıcı kollektivinin hər bir üzvü Vətənini sevən, xalqına bağlı olan, cəmiyyət həyatımızda əmələ gələn hər bir problemi, çatışmazlıqları özününkü hesab etdiyindən, ötən iki ildə belə bir uğura imza ata bilmişik. Düşünürəm ki, qarşıda bizi daha böyük amallar uğurunda mübarizə aparmaq missiyası gözləyir. Ona görə də, bundan sonrakı fəaliyyətimizin daha məhsuldar, daha çevik olması üçün hər birimiz səylə çalışmalı, KİV nümayəndəsi olaraq üzərimizə düşən peşə borcumuzu şərəflə yerinə yetirməliyik. Arzum budur ki, hər bir Azərbaycan vətəndaşının, o cümlədən media nümayəndələrinin atdıqları addımlar dövlətimizə və xalqımıza uğurlar bəxş etsin, gələcəyimizin çilçıraqlı və parlaq olmasına səbəb olsun.



Hörmətlə, Rasafil Bayramov

AtaTv.az, AtaMedia.az və İxaTv.az xəbər portallarının rəhbəri