Xəbər Lenti
QAN YADDAŞIMIZ
Dün, 18:11

QAN YADDAŞIMIZ

AFFA bəyanat yaydı
21-02-2020, 13:34

AFFA bəyanat yaydı

BDU-da yeni təyinat
17-02-2020, 12:12

BDU-da yeni təyinat

Rafael Ağayev finalda
16-02-2020, 07:39

Rafael Ağayev finalda

07 fev 13:00Gündəm / Sosial

Vətən mənim qürur mənbəyimdir

Vətən mənə oğul desə nə dərdim,

Mamur olub qayasında bitərdim!

Məmməd Araz

   Bəli, bu iki misrada bənzəri olmayan vətənpərvərlik hissi, doğma torpağa bağlılıq sevgisi duyulur. Bu sevgini duymaq üçün, gərək vətəni ana kimi sevəsən, onu bağrına basasan. Biz Vətənimizin qoynunda böyüyüb boya-başa çatmışıqsa, onu qorumağa da hər an borclu olmalıyıq. Təqribən 27-28 il bundan əvvəlki illərə qayıdaq, o halda bəlli olar ki, həmin illərdə birliyimizin zəifliyimiz dədə-baba torpaqlarımızın nankor qonşularımız tərəfindən işğalına imkanlar yaratdı. Düzdür, qəlbində Vətən sevgisi gəzdirən, torpağına bağlı olan oğul və qızlarımız Vətənin dar günündə onun səsinə səs verdilər, hətta bu yolda canlarından keçərək şəhidlik zirvəsinə də ucaldılar. Tanınmış Azərbaycan şairi, görkəmli dramaturq Hüseyn Cavidin yazmış olduğu

Həyat var ki, ölüm qədər zəhərli,

    Ölüm var ki, həyat qədər dəyərli.

misralarında bir daha həyat eşqi, torpağa bağlılıq hissi sanki hər kəsi düşünməyə vadar edir. Bəli, xalqımıza məxsus “igid ölər, adı qalar” atalar zərb məsəlini də, bu günədək həyatdan köçən neçə-neçə igid ərənlərimizə şamil edə bilərik ki, bunlardan biri də Mübariz İbrahimovun olması hər kəsə bəlli olan həqiqətdir. Onun ölümündən 9 ildən bir qədər çoxdur ki, zaman bizi ondan ayırsa da, əslində o ölməyib, qəlbən və mənən bizimlə yaşamaqdadır. Mübariz İbrahimov əsl vətən övladı idi və ölümü ilə də, əsl vətən övladı olduğunu ortaya qoydu. Arzum budur ki, Allah-Təala həmişə bizə yar olsun! Həm birliyimiz, həm vəhdətimiz, həm də qələbəmiz deməkdir. Məhz, Qarabağımızın azadlığı, əldə olunacaq birliyimizdən olduqca asılıdır. Bəli, biz kiminsə haqqını-hüququnu tapdamamışıq, kimlərinsə torpaqlarına göz dikməmişik, işğal siyasəti həyata keçirməmişik. Odur ki, vətənimizi sevmək, həm də qorumaq bizim ən ümdə vəzifəmiz olmalıdır.Vətən hər kəsin qürur mənbəyi, iftixar hissi keçirdiyi məkandır, gələcək nəsllərə ötürülən əmanətidir. Vətən hər kəsin doğulduğu, sevinc hissi keçirdiyi ünvanıdır. Vətən satılmaz, kimsəyə bağışlanmaz. Vətən hürriyyətin, istiqlalın beşiyi, onu sevənlərin əbədiyyət yoluna nur saçan işığıdır.

  Onu da qeyd edim ki, dünən respublikamızın əksər bölgələrində milli qəhrəman Mübariz   Ibrahimovun doğum günü qeyd olundu və onun keçdiyi ömür yoları haqda xatirələr bir daha yada salındı. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
 
 
 
Rasafil Bayramov

İctimai Xəbər Agentliyi MMC-nin, AtaTv.az və Atamedia.az xəbər portallarının rəhbəri