Xəbər Lenti
QAN YADDAŞIMIZ
Dün, 18:11

QAN YADDAŞIMIZ

AFFA bəyanat yaydı
21-02-2020, 13:34

AFFA bəyanat yaydı

BDU-da yeni təyinat
17-02-2020, 12:12

BDU-da yeni təyinat

Rafael Ağayev finalda
16-02-2020, 07:39

Rafael Ağayev finalda

07 fev 15:47Gündəm / Mədəniyyət / Sosial / Bölgə

“Gələcəyin birİNCİləri” intellektual oyunu layihəsi çərçivəsində tədbirlər davam edir.

Fəal gənc Famil Məmmədovun təşəbbüsü ilə  “Gələcəyin birİNCİləri” intellektual oyunu layihəsi çərçivəsində Astara və Lerik rayonlarında intellektual oyun təşkil olunub.

Astara rayonunda 16-29 yaş qruplarında gənclərdən ibarət 9 komanda və hər komanda üzrə 6 nəfər təmsil olunub. 

Lerik rayonunda isə 7 komanda olmaqla, hər komandanın tərkibində 6 nəfər iştirakçı olub.

Layihənin rəhbəri Famil Məmmədov tədbiri giriş sözü ilə açaraq, qeyd edib ki, layihənin həyata keçirilməsində əsas məqsəd gənclərin asudə vaxtını səmərəli keçirmək və onları intellektual oyunlara cəlb etməkdir. Layihə rəhbəri iştirakçıları yarışda fəal olmağa çağırıb.


Sonra Lerik Rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov və Astara Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı çıxış edərək, dövlətin gənclər siyasəti, gənclərin hərtərəfli inkişafı üçün yaradılmış infrastruktur barədə məlumat verərək yarış iştirakçılarına uğurlar arzulayıblar.


Daha sonra yarışın aparıcısı Ramal Ağazadə qaydalar barədə iştirakçılara məlumat verib və komandaların adlarını müəyyənləşdikdən sonra intelektual oyunun başladığını elan edib. 

İntellektual oyununun sonunda yarışın nəticələrinə əsasən, hər iki rayonda ilk 3 yeri qazanan komandaların üzvlərinə təşkilat komitəsi tərəfindən diplomlar verilib.

Layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.

Məlumat üçün qeyd edək ki, layihə çərçivəsində sonuncu oyun  fevralın 12 -də Masallı rayonunda keçiriləcək.




                                               Nizami Hüseynov