Xəbər Lenti
QAN YADDAŞIMIZ
22-02-2020, 18:11

QAN YADDAŞIMIZ

Şahmatçımız ikinci oldu
22-02-2020, 10:22

Şahmatçımız ikinci oldu

AFFA bəyanat yaydı
21-02-2020, 13:34

AFFA bəyanat yaydı

07 fev 08:50Gündəm / İdman

Çini təhqir edən Olimpiya çempionu diskvalifikasiya edildi

Macarıstanın şort-trek üzrə Olimpiya çempionu Çaba Buryan bir il müddətinə oyunlardan diskvalifikasiya edilib. “ “Hungary Today”ə istinadən məlumatına görə, buna səbəb onun sosial şəbəkədə Çini təhqir etməsi olub.

Belə ki, 2019-cu ilin dekabrında Şanxaydan uçan Buryan reysi çox gözləməsi səbəbindən İnstaqramda foto paylaşıb və “Lənətə gəlmiş Çin” sözlərini yazıb. Macarıstanın Şort-trek Federasiyasının fikrinə görə, idmançı intizam və etik pozuntulara yol verib. Bu səbəbdən o, 12 ay müddətinə oyunlardan kənarlaşdırılıb.

Bu müddət ərzində Buryan milli komandanın yarış və məşqlərində iştirak edə bilməyəcək. İnsident səbəbindən yığmanın baş məşqçisi istefa vermək istəsə də, federasiyada onun xahişini qəbul etməyiblər.