Xəbər Lenti
QAN YADDAŞIMIZ
Dün, 18:11

QAN YADDAŞIMIZ

AFFA bəyanat yaydı
21-02-2020, 13:34

AFFA bəyanat yaydı

BDU-da yeni təyinat
17-02-2020, 12:12

BDU-da yeni təyinat

Rafael Ağayev finalda
16-02-2020, 07:39

Rafael Ağayev finalda

07 fev 08:38Gündəm / Maraqlı

Orqanizmə enerji verən içki və qidalar açıqlandı

Hindistanlı həkimlər insan orqanizminə enerji verən içki və qidaları açıqlayıb. bu barədə “Ukrhealth” yazıb.

Mütəxəssislərin fikrincə, əsas qidalardan biri omeqa-3-lə zəngin olan qızılbalıqdır. Qızılbalıqda olan omeqa-3 doymamış yağ turşuları əsəb, ürək-damar, endokrin və insan orqanizminin digər sistemləri üçün vacib tikinti materialıdır. Bu isə bilavasitə enerji ilə bağlıdır. Bundan əlavə, omeqa-3 dəri ilə bağlı gizli problemləri də həll edir.

Elə həmin siyahıda streslə mübarizə aparan güclü antioksidant tərkibli tünd şokolad da yer alıb. Bundan əlavə, şokoladın tərkibindəki maqnium və kalium əzələlər və əsəb sisteminin normal işləməsi üçün zəruridir. Öz növbəsində, süd orqanizmin müqavimətini yüksəldir, maddələr mübadiləsini normallaşdırır, damar və həzm orqanlarını təmizləyir. Bununla da orqanizm enerji ilə dolur.

Zəncəfilli çay orqanizmə, xüsusilə də qışda, güc verən içkilərdəndir. O, həmçinin dərinin təravətliyini və istilik hissini dəstəkləyir. İçki həm də orqanizmin ürək-damar sistemi üçün xeyirlidir. Arıqlamaq istəyən qadınlara isə o daha tez çəki atmaqda kömək edəcək.