Xəbər Lenti
QAN YADDAŞIMIZ
22-02-2020, 18:11

QAN YADDAŞIMIZ

Şahmatçımız ikinci oldu
22-02-2020, 10:22

Şahmatçımız ikinci oldu

AFFA bəyanat yaydı
21-02-2020, 13:34

AFFA bəyanat yaydı

07 fev 08:31Gündəm / Siyasət / Sosial

Fəzail Ağamalı ilə Kamil Musəvi arasında qarşıdurma - Video

Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizədlər AVP sədri Fəzail Ağamalı ilə qazi Kamil Müsəvi arasında gərginlik yaranıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə videogörüntü sosial şəbəkədə paylaşılıb. Videodan görünür ki, bir qrup insan seçicilərlə görüşdən çıxan Fəzail Ağamalıya etiraz edib. Rəqibi Kamil Müsəvi isə Fəzail Ağamalıdan ərazini dərhal tərk etməsini tələb edib. Yaranmış vəziyyət Ağamalının avtomobilinə minərək ərazidən uzaqlaşması ilə nəticələnib.
“Qafqazinfo” məsələnin nə yerdə olduğu ilə maraqlanıb və  F. Ağamalı ilə əlaqə saxlayıb.
 O bildirib ki, bu gün Qarabağlı kəndində seçicilərlə son görüşünü keçirib:
“Həmin görüşdə xalq artisti Nurəddin Mehdixanlı da iştirak edirdi. Seçicilərlə görüş bitdikdən sonra çölə çıxarkən digər namizəd Kamil Müsəvi tərəfindən təşkil olunmuş, respublikanın müxtəlif bölgələrindən ora gətirilmiş sərxoş, idarəolunmaz şəxslər qarşımı kəsdilər. Mənə ən müxtəlif təhdidlər edildi. Kamil Müsəvi tərəfindən təhqir edildim. Biz bu təxribata getmədik. Kamil Müsəvini sakitliyə dəvət etdim. Seçicilərin köməyiylə ordan çıxıb maşınıma əyləşdim. Bundan sonra da həmin insanlar əllərindəki küt alətlərlə maşınıma xəsarət yetirdilər. Hazırda hüquq-mühafizə orqanlarına, Mərkəzi Seçki Komissiyasına müraciət hazırlayıram. Ümidvaram ki, hüquq-mühafizə orqanları və Mərkəzi Seçki Komissiyası bu barədə ciddi addımlar atacaq. 
Çünki həmin adamlar mənim seçicilərim deyildi. 450-500 nəfər seçicim zala toplaşmışdı. Onlar insanların üzərinə hücuma keçdilər. Bir qadın xəsarət aldı. Hazırda xəstəxanada reanimasiyada yatır. Onlar seçicilərin üzərinə getdilər ki, niyə mənim görüşümə gəliblər?!”
Həmin görüntüləri təqdim edirik: