Xəbər Lenti
QAN YADDAŞIMIZ
Dün, 18:11

QAN YADDAŞIMIZ

AFFA bəyanat yaydı
21-02-2020, 13:34

AFFA bəyanat yaydı

BDU-da yeni təyinat
17-02-2020, 12:12

BDU-da yeni təyinat

Rafael Ağayev finalda
16-02-2020, 07:39

Rafael Ağayev finalda

07 fev 08:22Gündəm / Siyasət / Sosial

8 saatlıq iş rejimi ilə bağlı yoxlamalar başlayır - Nazirdən xəbərdarlıq

8 saatlıq iş rejimi ilə əlaqədar iş yerlərində səyyar yoxlamalar aparılacaq. 
Bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev mətbuat konfransında deyib.
Bildirib ki, Əmək Məcəlləsinin tələbinə görə gündəlik iş norması 8 saatdır və bu iş rejiminə əməl edilmədiyi təqdirdə əlavə müavinət ödənilməlidir: “İşəgötürənlərə xəbərdarlıqlar ediləcək, işə qəbul olan şəxslər hüquqları ilə bağlı məlumatlandırılacaq. İş yerlərində səyyar yoxlamalar olacaq. Hazırda təkliflər paketi hazırlanır. İlk mərhələdə xəbərdarlıq olunacaq, daha sonra isə müvafiq cərimə metodları tətbiq olunacaq. Şikayətlərin dinamikasına uyğun olaraq müəssisələrə baxılacaq”.