Xəbər Lenti
Xoruz adam öldürdü
19-01-2020, 07:24

Xoruz adam öldürdü

Süpürgəçini maşın vurdu
19-01-2020, 07:21

Süpürgəçini maşın vurdu

07 dek 13:34Gündəm / Siyasət / Bölgə

Niyazi Bayramov Rus İcmasının nümayəndə heyəti ilə görüşüb

Görüşdə Rus İcmasının sədri Mixail Zabelin, sədr müavini Boris Voronin, Qərb region üzrə Rus İcmasının sədri Valeri Kozin iştirak edib. Niyazi Bayramov Rus İcmasının 20 illik fəaliyyəti münasibətilə onlarıb təbrik edib. Görüşdə Rusiya və Azərbaycan xalqları arasında tarixən yaranmış sıx dostluq əlaqələrindən, Ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri sayəsində hər iki ölkə arasında əməkdaşlıq münasibətlərinin yaranmasından söhbət açılıb. Bildirilib ki, hazırda ölkə başçısı İlham Əliyev və Birinci vitse prezident Mehriban Əliyeva tərəfindən bu ənənələr daha da inkişaf etdirilir. Bu gün Azərbaycanda yüz minlərlə rus yaşayır və onların kompakt yaşayış məskənləri qorunmaqdadır. Bu da onu göstərir ki, Azərbaycanda Rus icması diqqət və qayğı ilə əhatə olunub və cəmiyyətin tamhüquqlu üzvüdür.

Daha sonra Mixail Zabelin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova, Azərbaycanın Rus İcmasının Respublika Şurası adından şəhər və bölgələrdəki   rus icmasına göstərdiyi diqqət və qayğıya görə “Təşəkkürnamə” təqdim edib.

Görşdən sonra Rus İcmasının 20 illik fəaliyyətinə hər edilən 4-cü hesabat və seçki konfransı baş tutub. Konfransda Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Rus İcmasının sədri Mixail Zabelin, sədr müavini Boris Voronin, Gəncə Şəhər İcra Hakimiyyəti başçsının müavini Vəfa Abbasova və digərləri iştirak ediblər. 

Konfransı giriş sözü ilə Qərb regionu üzrə Rus İcmasının sədri Valeri Kozin açaraq, gündəlikdə duran məsələlər barədə məlumat verib.

İclasın idarə heyətinin üzvü, Göygöl bölgəsinin Rus icmasının sədri Albert İsmayılov məruzə ilə çıxış edərək görülən işlərdən danışıb. 

Sonda icmanın idarə heyətinin yeni üzvləri seçilib. Valeri Kozin yenidən Gəncə və Qərb bölgəsinin Rus icmasının sədri seçilib. 

Konfransda Rus icmasının dekabrın 14-də Bakıda keçiriləcək 5-ci konfransına da nümayəndələr seçilib. 

AtaTv.az